Jurnalistləri robotlar əvəz edəcək




"Artıq robot–jurnalist sınaqdan çıxıb. Səhv etmirəmsə, "Vaşinqton post” qəzetində 2016-cı ildə robot-jurnalist təcrübədən çıxarılıb və robot jurnalist 800 işarəlik bir xəbər də yazıb”.

"Olimpnews.az" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Leonid Levin məlumat verib.
Onun sözlərinə görə, robot jurnalistlərin günümüzdə reallaşma şansı böyükdür: "Vaşinqtonpost”da təcrübədən çıxan robot jurnalist sayt üzrə ixtisaslaşdırılıb”.
Levin bildirib ki, artıq bu günkü insan böyük material deyil, kiçikhəcmli materialları oxumağa üstünlük verir: "Təəssüf ki, bu gün robot jurnalistlərin peyda olma şansı yüksəkdir”.



Bu yazı

15086 dəfə oxunub

Tarix

2017-12-25 18:58:57

Yazını

Çap et

Yazını

Paylaş