Bakıda beynəlxalq karate turniri keçiriləcək




Yanvarın 13-14-də Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq yarış keçiriləcək. 
"Olimpnews.az" xəbər verir ki, yarışın təntənəli açılış mərasimi ayın 14-də olacaq.

2-ci "Arpachay Open" beynəlxalq karate turnirindən bir gün əvvəl isə 5 qat dünya və 13 dəfə Avropa çempionu Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı təşkil olunacaq. Hər iki idman tədbiri Bakı İdman sarayında keçiriləcək. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaqlar. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatamiyə çıxacaqlar. Fərdi kata və kumite yarışlarından əlavə, kumite üzrə komanda çıxışları da keçiriləcək.




Bu yazı

16670 dəfə oxunub

Tarix

2017-12-28 13:46:08

Yazını

Çap et

Yazını

Paylaş