Karate-do akademiyası karateçiləri bir araya topladı


Sabunçu rayonu "Gənclər evi”ndə Karate-do Akademiyası ilin yekunları ilə bağlı hesabat xarakterli konfrans keçirib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə akademiyanın vitse-prezidenti Vüsal Abdullazadə, Milli Qəhrəman Kamal Musavi, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov, Real-aykido Federasiyasının prezidenti Fariz Abdullayev, Kempo Federasiyasının prezidenti Rauf İbrahimov və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti karatenin ölkəmizdəki inkişafından danışıb. O qeyd edib ki, yola saldığımız ildə akademiyanın idmançıları bir sıra uğurlara yiyələniblər. Çıxışlar başa çatdıqdan sonra il ərzində fərqlənən idmançılara diplom və qiymətli hədiyyələr təqdim olunub. Bundan başqa akademiya rəhbərliyi tərəfindən qurumun və idmançıların uğurlarını işıqlandıran KİV nümayəndələri də diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, mükafat alanlar arasında "Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov da olub.

Sonda xatirə şəkilləri çəkilib.


Bu yazı

15534 dəfə oxunub

Tarix

2017-12-29 10:47:39

Yazını

Çap et

Yazını

Paylaş