“Olimpiya dünyası” qəzeti daha bir viktorinaya yekun vurdu


2017-ci ilə yekun vurub, yeni ilin ilk günlərini yaşayırıq. Olimpnews.az saytının məlumatına görə, yola saldığımız ildə bir sıra uğurları ilə diqqət mərkəzində olan "Olimpiya dünyası” qəzeti öz səhifələrində maraqlı yazıları ilə oxucularının görüşünə gəldi. Qəzetin həyata keçirdiyi layihələr bir daha sübüt etdi ki, "Olimpiya dünyası” idman nəşrləri arasında fərqlənir, liderliyini daim qoruyur.

Qəzetin yola saldığımız ildə həyata keçirdiyi layihələrdən biri də çoxsaylı oxucularımız arasında idman mövzusunda keçirdiyi viktorinalardır. Məlumat üçün bildirək ki, ənənəvi xarakter alan viktorinalarda ölkənin bütün bölgələrindən olan oxucularımız iştirak ediblər. Dekabr ayında "Olimpiya dünyası” daha bir viktorinaya yekun vurdu. Budəfəki viktorinada təxminən 100-dən artıq oxucu öz biliyini sınaqdan keçirdi. Cavablar redaksiyamıza elektron poçt və məktub şəkilində göndərildi. Yekunda redaksiya heyəti tərəfindən bizə göndərilən cavablar yoxlanıldı. Ən tez və ən çox suala cavab verən oxucumuz müəyyənləşdi. Beləlikdə, budəfəki viktorinanın qalibi Şəfiqə Bayramova oldu. Qalib oxucumuza diplomu Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov təqdim etdi.

Bu, hələ son deyil. Qarşıda qəzetimiz yeni viktorinalarla oxucularının qonağı olacaq. Fərqli mövzularda tərtib etdiyimiz suallara cavab verib, bizdən hədiyyələr qazana bilərsiniz. Bizi izləyin.


Bu yazı

8404 dəfə oxunub

Tarix

2018-01-09 10:22:33

Yazını

Çap et

Yazını

Paylaş