Proqnozlar nə deyir?




Pxençxan-2018 Qış Olimpiadasında Rusiyanın iştirak etməməsi çox güman ki, Almaniya və Norveç yığmalarının nəticələrinə müsbət təsir göstərəcək. 

"Olimpnews.az" xəbər verir ki, bu barədə Olimpiya Oyunlarında iştirak edən ölkələrin ənənəvi medal proqnozunu verən ABŞ-ın "Gracenote Sports” şirkəti məlumat yayıb.

Şirkət ötən həftə olimpiada ilə bağlı ilkin proqnoz verib. Proqnoza görə, Almaniya Olimpiya yığması əvvəlki qış olimpiadasında əldə etdiyindən 5 qızıl, Norveç isə 4 qızıl medal artıq qazanacaq.
Kanada və Fransa üçün bu rəqəm 2, Finlandiya, Böyük İngiltərə, İtaliya və Niderland üçün 1 qızıl medal ola bilər.
"Gracenote Sports” XXIII Qış Olimpiadasının çempionu kimi Almaniyanı görür. Proqnoza görə, almanlar bu yarışda 40 (14 qızıl, 12 gümüş və 14 bürünc) medal qazanacaqlar. 2-ci yerə 37 medalla (14 qızıl) Norveç yığmasının sahib olacağı gözlənilir. 3-cü pillədə isə 33 medalla Kanada yığmasının qərarlaşacağı ehtimal edilir.



Bu yazı

25143 dəfə oxunub

Tarix

2018-01-15 10:05:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook