“Pirelli” Azərbaycan Qran-prisi üçün şinləri müəyyən edib


"Pirelli” şirkəti aprelin 27-dən 29-dək Formula-1 yarışının dördüncü mərhələsi kimi Azərbaycan Qran-prisində istifadə ediləcək şinlərin modelini açıqlayıb.

Olimpnews.az saytının məlumatına görə, italiyalı şin istehsalçıları Bakıya "Soft”, "SuperSoft” və "UltraSoft” şinlərini gətirəcəklər. Komandaların "Soft” və "SuperSoft” şinlərindən istifadə etməsi məcburidir. Onlar ən azı hərəyə bir dəst sifariş verməli və yarışmada heç olmasa birindən istifadə etməlidirlər.

Ötən il Bakıdakı yarışlarda "Medium”, "Soft” və "SuperSoft” şinlərindən istifadə olunmuşdu.



Bu yazı

20879 dəfə oxunub

Tarix

2018-01-16 13:49:00

Yazını

Çap et

Yazını

Paylaş