Azərbaycan Qran Prisinin turnir cədvəli açıqlanıb


"Formula One Group” (FOM) 2018-ci il mövsümündə Formula 1 yarışlarının turnir cədvəlini təsdiq edib.

Olimpnews.az saytının məlumatına görə, ötən illərin cədvəli ilə müqayisədə iki əhəmiyyətli dəyişiklik edilib. Əvvələn, bütün yürüşlər saatın tamamından 10 dəqiqə sonra start götürəcək. "Liberty Media”da hesab edirlər ki, bu 10 dəqiqə, o cümlədən yayımın formatında edilən dəyişikliklər hesabına yarışa marağı artırmaqda teleşirkətlərə kömək edəcək.

İkincisi, Avropa mərhələ yarışlarının vaxtı həmişəki vaxtdan 1 saat sonraya keçirilib. Braziliya yürüşü də adi vaxtından bir saat sonra start götürəcək.

Digər cüzi dəyişikliklər imkan verəcək ki, yürüşlər başqa iri idman hadisələri, o cümlədən futbol üzrə dünya çempionatı ilə bir vaxta düşməsin və Qran Pri promoutorlarının istəkləri nəzərə alınsın.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək. Birinci sessiya yerli vaxtla 13:00-14:30-da, ikinci sessiya 17:00-18:30-da, üçüncü sessiya 14:00-15:00-da, təsnifat 17:00-18:00-da, yürüş 16:10-da nəzərdə tutulub.



Bu yazı

20536 dəfə oxunub

Tarix

2018-02-06 16:05:41

Yazını

Çap et

Yazını

Paylaş