Kristian Karambö: "Azərbaycan millisinin növbəti seçmə mərhələdə daha yaxşı çıxış etmək şansı var"


Futbol üzrə Dünya Kubokunun Azərbaycana gətirilməsi ilə bağlı brifinq keçirilib.

Olimpnews.az saytının məlumatına görə, "Hilton" hotelində baş tutan tədbirdə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak ediblər.

Karambö Bakıya bir daha gəlməkdən məmnunluq ifadə edib: "Azərbaycan paytaxtı kifayət qədər müasir şəhərdir. Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi yaxşı çıxış etdi. Növbəti seçmə mərhələdə daha yaxşı çıxış etmə şansınız var. Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik".

Ötənlərin məşhur futbolçusu Fransa yığmasının DÇ-2018-dəki şanslarını da dəyərləndirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar".

Azərbaycan Kubokunu və Kristian Karambönü salamlayan Məmmədov isə bildirib ki, Dünya Kubokunu ölkədə görmək üçün 3 səbəb ola bilər: "Birinci səbəb, dünya çempionluğudur, ikincisi, ev sahibliyi, üçüncüsü isə hazırkı səbəbdir. Ümidvaram ki, gələcəkdə ilk 2 səbəbdən də yararlanacağıq".

Sonra Dünya Kuboku təqdim olunub.


Bu yazı

1751 dəfə oxunub

Tarix

2018-02-09 17:34:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook