Kanadalı idmançı iti ölümdən xilas edib




Kanadalı idmançı, Olimpiya çempionu Meqan Dyumel sallaqxanaya aparılan iti ölümdən xilas edib. 

32 yaşlı fiqurlu konkisürən xanım həmin iti özü ilə Kanadaya aparmaq niyyətindədir.

Koreyada itlərin müdafiə cəmiyyətinin sədri Ek Pak bu məsələ ilə bağlı hüquqi sənədləri qaydasına qoymağı vəd edib.

Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarının keçirildiyi Kanvondo vilayətində 200-dən artıq it ferması fəaliyyət göstərir. Təşkilat Komitəsi burada yerləşən restoranlara kompensasiya olaraq olimpiada dövründə menyudan it ətindən hazırlanan yeməkləri çıxarmağı təklif etsə də, bəziləri müştəri itirməmək üçün bundan imtina edib.



Bu yazı

24734 dəfə oxunub

Tarix

2018-02-12 16:19:40

Yazını

Çap et

Yazını

Paylaş