Formula-1 “grid-girls”lər uşaqlarla əvəz ediləcək


Formula-1 yarışlarının rəhbərliyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə gənc auditoriya cəlb etmək üçün yeni - "grid-kids” təşəbbüsü elan edib. Olimpnews.az saytının məlumatına görə, indi ənənəvi "grid-girls”lərin yerinə start meydançasına iştirakçıların nömrələri yazılmış lövhələri aparan uşaqları çıxaracaqlar.

Namizədləri milli avtoklublarla birgə Qran-pri bələdçiləri seçəcəklər. Seçki anınadək bütün iddiaçılar kartinqlə məşğul olmalı və ya kiçik yarış seriyalarının iştirakçısı olmalıdırlar. Yerli təşkilatçılar qaydaları özləri müəyyən edəcəklər. Seçimlər həm idman nailiyyətlərinin əsasında, həm də lotereyanın yekunlarına görə aparılacaq.

Uşaqlar iştirakçıların nömrələri yazılmış lövhələri yalnız Formula-1 startından əvvəl deyil, həm də yarış müddətində saxlayacaqlar. Bundan başqa, bazar günləri uşaqları müşayiət edən valideynlər də yarış iştirakçılarının olduğu əraziyə (paddock) buraxılış əldə edəcəklər.

Formula-1 yarışlarının kommersiya direktoru Şon Bratçes deyib: "Bu cür əlamətdar hadisənin iştirakçısı olmaq uşaqlara unudulmaz dəqiqələr bəxş edəcək. Onlar öz qəhrəmanlarını yarışlara hazırlaşanda görəcək və onlarla təmasda olacaqlar. Bu, həm uşaqlar, həm də onların ailələri üçün unudulmaz təcrübə olacaq.

Uşaqlar avtomobil idmanı ilə məşğul olmağa davam etmək, məşq və təlimlər üçün də əlavə stimul qazanacaqlar. Onlar gələcəkdə Qran-pri startına çıxmağı arzu edəcəklər. Bu, Formula-1 qəhrəmanlarının yeni nəslinə ilham vermək üçün ən yaxşı vasitədir”.

FİA-nın prezidenti Jan Todt qeyd edib ki, Formula-1 avtomobil idmanının zirvə yarışlarıdır. FİA-nın piramidasına daxil olan kiçik seriyalardan birində iştirak edən hər bir gənc sürücü bu yarışlarda iştirak etməyi arzu edir. Biz sevinirik ki, onların arzularına çatmasına kömək edir və gələcək çempionlara startdan əvvəl öz qəhrəmanları ilə start meydançasında dayanmaq imkanı veririk”.

Federasiya prezidenti deyib: "Bu, FİA-ya daxil olan avtomobil klublarına əlavə dəstək verən çox yaxşı təşəbbüsdür”.


Bu yazı

20876 dəfə oxunub

Tarix

2018-02-16 12:09:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook