Həmyerlimiz beynəlxalq federasiyanın prezidenti seçilib




Fevralın 24-de baş ofisi Bakı şəhərində yerləşən, Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasınin İcraiyyə Komitəsinin iclası keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, tədbirdə Aqil Acalov idarə heyətinin qərarı ilə Avrasiya Kombat Ciu-citsu Federasiyasının yeni prezidenti seçilib. Tədbiri çıxış nitqi ilə açan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçisi, Azərbaycan Ciu-citsu Federasiyasının vitse-prezidenti, Kombat Ciu-citsu Federasiyasının sabiq prezidenti, Azərbaycan respublikasının əməkdar məşqçisi Rəsul Məmmədov dünya arenalarında bayrağımızı dalğalandıran idmançıların yetişdiyini, bundan sonra da bu işin qürurla davam etdiriləcəyini vurğuladı. O, yeni təyin olunan prezidenti təbrik edərək, kombat ciu-citsunun bundan sonra uğurla inkişaf etdiriləcəyini, gələcəkdə daha çox uğurların qazanılacağına inandığını bildirdi. 

Avrasiya Kombat Ciu-citsu Federasiyasının yeni prezidenti Aqil Acalov bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab lham Əliyev tərəfindən uğurla davam etdirilir. "Ölkəmizin idman mədəniyyətini təbliğ etməyə, idmanımızın inkişafına bir azərbaycanlı olaraq öz töhvəmi verməyə çalışacağam’’,-deyə o vurğuladı. Mili Ciu-citsu federasiyasının prezidenti Mirəli Seyidov isə çıxışında Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının heyətinə uğurlar arzulayıb. 

Qeyd edək ki, Aqil Acalov iqtisadiyyat üzrə fəlsəfə doktorudur, idman sahəsində təcrübəsi olan gənc kadrdır. O eyni zamanda Dünya Alpaqut Federasiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olub. İctimai-siyasi sahələrdə də kifayət qədər xidmətləri olan Aqil Acalov bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır.




Bu yazı

19684 dəfə oxunub

Tarix

2018-02-27 12:18:48

Yazını

Çap et

Yazını

Paylaş