Rusiya Olimpiya Komitəsinin BOK-da üzvlüyü bərpa olunub


Rusiya Olimpiya Komitəsinin (ROK) Beynəlxalq Olimpiya Komitəsində (BOK) üzvlüyü bərpa olunub.

Olimpnews.az saytının məlumatına görə, bu qərar Pxençxan-2018 Qış Olimpiya Oyunlarında iştirak edən rusiyalı idmançıların dopinq testinin yoxlanılmasından sonra qəbul edilib.

ROK-un rəhbəri Aleksandr Jukov açıqlamasında bildirib: "Bu gün biz statusun bərpası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsindən məktub aldıq. Xatırladaq ki, bu, Qış Olimpiya Oyunlarında çıxış edən rusiyalı idmançıların dopinq sınaqlarının nəticələri ilə bağlıdır. Beynəlxalq antidopinq təşkilatı da idmançılarımızda heç bir qayda pozuntusu aşkarlamadığı üçün üzvlüyümüzün bərpası ilə bağlı qərar dərhal qüvvəyə minir”.


Bu yazı

11096 dəfə oxunub

Tarix

2018-03-01 10:53:20

Yazını

Çap et

Yazını

Paylaş