Dünya kubokunda iştirak edəcək heyət açıqlanıb





Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.

"Olimpnews.az” xəbər verir ki, aprelin 3-də Olimpiya Güləş Mərkəzində mətbuat üçün keçirilən açıq məşqdə yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Dünya kuboku yarışlarında ölkəmizi Giorgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Omarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcəklər.
Yığma komandamız turnirdə Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə "B” yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə "A” yarımqrupunda yarışacaq.
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.



Bu yazı

7670 dəfə oxunub

Tarix

2018-04-03 12:39:44

Yazını

Çap et

Yazını

Paylaş