Tomas Bax Şimali Koreya rəhbərinə təşəkkür edib





Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen Inla görüşüb. 

"Olimpnews.az"ın məlumatına görə, Pxenyanda bir araya gələn tərəflər Şimali Koreya idmançılarının Olimpiya Oyunlarında iştirakı ilə bağlı danışıblar.
BOK-un prezidenti XXIII Qış Olimpiya Oyunlarının təşkilində göstərdiyi dəstəyə görə Şimali Koreyanın rəhbərinə minnətdarlığını bildirib: "Pxenyana gəlmişəm ki, Kim Çen İna şəxsən öz minnətdarlığımı bildirim”.
Səfər çərçivəsində Tomas Bax həm ölkənin idman naziri Kim İr Hukla görüşüb.



Bu yazı

3267 dəfə oxunub

Tarix

2018-04-03 17:04:55

Yazını

Çap et

Yazını

Paylaş