Ölümü ilə 7 insanı xilas edən boksçu




Boksçu Skott Uestqart bədən orqanlarını bağışlamaqla 7 nəfər insanın həyatını xilas edib.

31 yaşlı ingiltərəli boksçu bu ilin fevralında Dek Spellmanla təkbətək döyüşdən sonra həyatını dəyişib. Donor olmağa ölümündən əvvəl qərar verib. Bu barədə mərhum boksçunun anası məlumat verib. Onun sözlərinə görə, oğlu sağlığında da hər zaman zəiflərin müdafiə edib, qayğısına qalıb: "İstəyirəm ki, insanlar oğlumu bir boksçu kimi yox, həm də yaxşı insan kimi xatırlasınlar”.

Uestqart ailəsinə kömək üçün İngiltərədə hesab açılıb və bura 9 min funt sterlinq köçürülüb. Mərhum idmançı boksla 2009-cu ildən məşğul olub, 2013-cü ildən peşəkar rinqdə döyüşüb. Ölümünə qədər 7 döyüş keçirib, 2 dəfə məğlub olub, bir heç-heçə edib.




Bu yazı

17739 dəfə oxunub

Tarix

2018-04-05 10:01:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook