Avropa birinciliyində 11 boksçumuz mübarizə aparacaq





Aprelin 17-dən 26-dək İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Boks Federasiyasından olimpnews.az-a verilən məlumata görə, yığmamız yarışda 11 idmançı ilə təmsil olunacaq.

10 oğlan və 1 qız boksçudan ibarət millimiz birinciliyin hazırlıqlarını yekunlaşdırmaq üçün Apennin yarımadasına yollanıb. Turnirin təşkil olunacağı Rozeto-deli-Abrutsi şəhərində baş tutacaq 2 həftəlik təlim-məşq toplanışı yığmamızın məsul çempionata yüksək səviyyədə hazırlaşması məqsədi daşıyır.



Bu yazı

12435 dəfə oxunub

Tarix

2018-04-06 10:28:05

Yazını

Çap et

Yazını

Paylaş