İdman üçün yaşın fərqi yoxdur







Sadəcə bəhanələr var...

Çox maraqlıdır, 75 yaşlı britaniyalı qadın ştanq qaldırır və neçə ildir ki, marafon yarışlarında iştirak edir.

Edvina adlı yaşlı xanım artrit xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq çətin idman yarışlarında inamla çıxış edir. Onun 50 yaşına qədər idmanla heç bir əlaqəsi olmayıb. Artıq çəkidən həmişə əziyyət çəkib, pilləkənləri güclə qalxıb. İdmanla məşğul olmaq onun heç ağlına da gəlməyib.
Bu xanım yubileyini qeyd edəndən sonra həkimlərin məsləhəti ilə yüngül qaçışla məşğul olub. Zamanla qaçışa böyük maraq göstərib və bu onun gündəlik həyat tərzinə çevrilib. Çünki qaçış ona işdə yükləndiyi stressdən azad etməyə kömək edib. O, uşaqları müdafiə komitəsində çalışıb.

Qaçış ərinin acısını unutdurub

Qaçış ona 1994-cü ildə xərçəngdən dünyasını dəyişən ərinin ölüm acısını yaşamağa da yardım edib. Edvina xanım 1996-cı ildə burada yaşayan üç övladına yaxın olmaq üçün London şəhərinə köçüb. Elə həmin ildə London marafonunda iştirak edib.
2009-cu ildə Böyük Britaniyanın Lancarote adasında "İronman” adı altında keçirilən triatlon yarışlarında iştirak edib. Bu vaxt onun 66 yaşı var idi. Edvina xanım yarışın ən yaşlı iştirakçısı adını alır. Məlumat üçün bildirək ki, "İronman” dünyada ən çətin birgünlük triatlon yarışı hesab olunur. Belə ki, bu yarışda iştirakçılar bir gün ərzində dayanmadan 3,86 km üzməli, şosse ilə 180,25 km məsafə qət etməli, eləcə də 42, 195 km-lik marafon yarışlarını başa vurmalıdır.

Ən yaşlı idmançı

O vaxtdan indiyə Edvina xanım 6 dəfə "İronman” yarışında, 5 dəfə duatlon (yalnız qaçış və veçosiped) yarışlarında, 7 dəfə isə London marafonunda qüvvəsini sınayıb.
Hazırda bu cəsur xanımın 75 yaşı var və artritdən əziyyət çəkir. Lakin yaşına və xəstəliyinə baxmayaraq yarışlarda cəsarətlə iştirak edərək Böyük Britaniyanın ən yaşlı idmançısı titulunu qoruyur. Diz qapaqlarında problem olduğu üçün həkimlər ona qaçmağı qadağan etsələr də, o idmanı buraxmaq fikrində deyil. Məhz idman sayəsində həyatda olduğunu bildirən Edvina xanım bundan sonra qaçış, üzgüçülüklə məşğul olacağını və velosiped sürəcəyini deyir.

Britaniyalı qadın özünü çox gümrah və enerjili hiss edir. Ürəyi həmyaşıdlarından gözəl döyünür. Həftədə 2-3 dəfə idman zalında məşq edir, ştanq qaldırır, avar çəkir. O, hər səhərini qaynar su və limon şirəsi ilə açır. Sonra səhər yeməyinə yumurta və arasına araxis yağı sürtülmüş sendviçlə davam edir.

P.S. Sağlamlığımızın qayğısına qalmaq, idmanla məşğul olmaq üçün bəhanə axtarmayaq. Sadəcə, istəmək və tənbəl olmamaq yetər...




Səadət Hakıyeva






Bu yazı

22870 dəfə oxunub

Tarix

2018-04-09 17:00:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev