Bədii gimnastlarımız Polşada 2 medala sahib olublar





Bədii gimnastika üzrə yığma komandamızın gənc üzvləri Nərminə Səmədova və Nərmin Bayramova Polşanın paytaxtı Varşavada keçirilən "İrina Cup” yarışlarında uğurla çıxış ediblər.

"Olimpnews.az”ın məlumatına görə, gənclər arasında mübarizə aparan gimnastımız Nərminə Səmədova bütün alətlər üzrə xalların cəminə əsasən, çoxnövçülükdə gümüş medal əldə edib.
Digər təmsilçimiz Nərmin Bayramova isə yeniyetmə gimnastlar arasında öz qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə fərqlənən gimnastımız, komandanın hesabına ikinci gümüş medalı yazdırıb.



Bu yazı

8343 dəfə oxunub

Tarix

2018-04-10 17:14:33

Yazını

Çap et

Yazını

Paylaş