Tomas Bax FIA-nın prezidenti ilə görüşüb





Beynəlxalq Avtomobil Federasiyasının prezidenti (FIA) Jan Todt başda olmaqla bu qurumun nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada yerləşən mənzil-qərargahında olub.

Nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və baş direktoru Kristof de Kepper ilə görüşüb.
Tərəflər Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
FIA və BOK 2018-ci il gənclər arasında Olimpiya Oyunlarının keçirilməsində əməkdaşlıq barədə razılığa gəliblər. Görüşdə FIA-nın gender bərabərliyinin təmin edilməsinə və anti-dopinq qaydalarına riayət edilməsinə dair öhdəlikləri də müzakirə olunub.
Jan Todt deyib: "FIA və BOK arasında dinamik inkişaf edən sıx münasibətlər qurulub. Biz gələcək işimiz üçün böyük proqram nəzərdə tuturuq. Bu bizə məqsəd və vəzifələrimizi yeni auditoriyaya çatdırmaq imkanı verəcək”.



Bu yazı

10643 dəfə oxunub

Tarix

2018-04-12 19:37:37

Yazını

Çap et

Yazını

Paylaş