XXVI Avropa çempionatının ilk medalçıları bəlli olub





Dünən Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşib.

Olimpnews.az xəbər verir ki, medallar yeniyetmələr arasında batut gimnastikası üzrə komanda yarışlarında sahiblərini tapıb.

Oğlanların mübarizəsində Belarus millisi Avropa çempionu adına layiq görülüb. Böyük Britaniya yığması yarışı ikinci, Rusiya isə üçüncü pillədə başa vurub.
Qızların yarışında qalibiyyət Rusiya komandasının olub. Belarus gümüş, Yunanıstan isə bürünc medala sahib olublar.
Yarışların ilk günündə böyüklər arasında tamblinq üzrə millimizin üzvü Mixail Malkin finala, yeniyetmələrin batut gimnastikası yarışlarında Selcan Maqsudova yarımfinala yüksəliblər.
Məlumat üçün bildirək ki, Bakıda keçirilən XXVI Avropa çempionatının həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən 400-dən çox atlet mübarizə aparır.
Gimnastlar çempionatda dörd növdə - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutda qüvvələrini sınayırlar.
Avropa çempionatı yeniyetmə gimnastlar üçün 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar üçün isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verir.
Yarışlara aprelin 15-də yekun vurulacaq.




Bu yazı

12235 dəfə oxunub

Tarix

2018-04-13 10:04:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook