Bakıda Avropa çempionatı davam edir





Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir.

Aprelin 13-də, yarışların ikinci ikinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçiriləcək.

Batut gimnastikası üzrə böyüklərin yarışında Azərbaycan təmsilçisi İlya Qrişunin, Ruslan Ağamirov, qadınların mübarizəsində isə Veronika Zemlyanaya və Svetlana Makştarova qüvvələrini sınyacaqlar. İkili mini-batut üzrə yeniyetmələrin yarışında oğlanlardan Tofiq Əliyev, qızlardan isə Selcan Maqsudova bacarıqlarını nümayiş etdirəcəklər.

Avropa çempionatı yeniyetmə gimnastlar üçün 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyüklər üçün isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verir.

Avropa çempionatına aprelin 15-də yekun vurulacaq.





Bu yazı

9083 dəfə oxunub

Tarix

2018-04-13 15:32:51

Yazını

Çap et

Yazını

Paylaş