Azərbaycan gimnastı Avropa çempionatının qalibi oldu







Aprelin 12-15-də Bakıda ilk dəfə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vuruldu.

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında həm böyüklər, həm də gənclər arasında təşkil edilən bu yarışda 25 ölkədən ümumilikdə, 400-dən çox idmançı mübarizə apardı. 

Gimnastlar çempionatda 4 növdə - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutda qüvvələrini sınayırlar. Dörd gün davam edən Avropa çempionatında gimnastlarımız ölkəmizə bir qızıl və iki gümüş medal qazandırdılar. Azərbaycanı yığma komandasının üzvü Mixail Malkin tamblinq növündə bütün rəqiblərdən çox xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İdmançımız tamblinq yarışında hakimlərdən 77,400 bal alaraq Avropa çempionu adına layiq görüldü.
Qadınlar arasında batut gimnastikası üzrə yarışlarda təmsilçilərimiz Veronika Zemlianaia və Sviatlana Makştarova cütlüyü gümüş medala sahib oldular.






Bu yazı

6815 dəfə oxunub

Tarix

2018-04-16 10:02:58

Yazını

Çap et

Yazını

Paylaş