Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçdən və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzidən



Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Olimpiya Komitələrinin adından səmimi qəlbdən təbrik edirik.
Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.
İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.
Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.
Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq.

Hörmətlə,
Yanes Kosyançiç
Avropa Olimpiya Komitələrinin prezidenti

Raffaele Pagnozzi
Avropa Olimpiya Komitələrinin baş katibi



Bu yazı

6733 dəfə oxunub

Tarix

2018-04-17 15:35:07

Yazını

Çap et

Yazını

Paylaş