Bədii gimnastika üzrə “AGF Junior Trophy” turnirinə start veriləcək






Bu gün Milli Gimnastika Arenasında daha bir mötəbər yarışa start veriləcək.  

Olimpnes.az xəbər verir ki, dünyanın 18 ölkəsindən olan gənc gimnastlar ölkəmizin ev sahibliyi etdiyi "AGF Junior Trophy” turnirində medallar uğrunda mübarizə aparacaqlar.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, turnirdə 2003-2005-ci il təvəllüdlü gənc gimnastlar fərdi proqramda öz istedadlarını nümayiş etdirəcəklər. Gimnastlar yarışların ilk günündə halqa, top, gürz və lentlərdə fərdi və komanda hesabında finallar uğrunda yarışacaqlar. Günün sonunda komanda hesabında qaliblər müəyyənləşəcək. İkinci yarış günündə isə ayrı-ayrı alətlərdə mükafatçıların adlarına aydınlıq gələcək.
Qeyd edək ki, "AGF Junior Trophy” turniri bu ilin iyun ayının 1 – 3-də İspaniyanın Quadalaxara şəhərində təşkil ediləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında keçiriləcək.
Məlumat üçün bildirək ki, aprelin 27-29-da isə böyük gimnastlar bədii gimnastika üzrə FİG Dünya kuboku yarışlarında qüvvələrini sınayacaqlar.






Bu yazı

8058 dəfə oxunub

Tarix

2018-04-23 10:00:43

Yazını

Çap et

Yazını

Paylaş