Komandamız turnirin bürünc medalını qazanıb






Bakıda bədii gimnastika üzrə gənc gimnastlar arasında "AGF Junior Trophy” beynəlxalq turniri keçirilir.

"Olimpnews.az” xəbər verir ki, aprelin 23-də Milli Gimnastika Arenasında keçirilən "AGF Junior Trophy” beynəlxalq turnirində komandalar arasında qaliblərin adlarına aydınlıq gəlib.

"AGF Junior Trophy” turniri iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilib. Turnirdə 18 ölkədən idmançı iştirak edir.
Hakimlərdən 89,250 xal alan Azərbaycan yığma komandası turnirin bürünc medalına layiq görülüb.
Yarışın qızıl medalı Rusiya komandasına (100,900 xalla) qismət olub. Belarus millisi isə 93,300 xalla gümüş medal qazanıb.
Ölkənin bədii gimnastika üzrə ikinci komandası isə 88,300 xalla komanda hesabında beşinci yerdə qərarlaşıb.
Gimnastımız Arzu Cəlilova "Ən yüksək icra xalına görə” hakimlər briqadası tərəfindən "AGF Trophy” mükafatı ilə təltif edilib.



Bu yazı

5949 dəfə oxunub

Tarix

2018-04-24 10:07:26

Yazını

Çap et

Yazını

Paylaş