Gimnastlarımızdan 1 gümüş, 1 bürünc medal






Nərminə Səmədova və Dərya Farşbafşəhriyari "AGF Junior Trophy” turnirində medala sahib olublar. 

"Olimpnews.az” xəbər verir ki, təmsilçimiz Nərminə Səmədova "AGF Junior Trophy” turnirində top ilə yarışların gümüş mükafatını qazanıb. İdmançımız hakimlərdən 16.050 xal alıb. 
Qızıl medalın sahibi Rusiya idmançısı Daria Trubnikova (17.650 xal) olub. İlk üçlüyü 15.850 xal qazanan bolqarıstanlı Tatyana Volozhanina qapayıb.

Halqa ilə yarışlarda təmsilimiz Dərya Farşbafşəhriyari 15.600 xalla üçüncü yeri tutub.
Bu yarışlarda ilk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.






Bu yazı

7703 dəfə oxunub

Tarix

2018-04-24 14:00:21

Yazını

Çap et

Yazını

Paylaş