Belqrad Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına ev sahibliyi edəcək


Mayın 9-12-də Serbiyanın Belqrad şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 47-ci Baş Assambleyası keçiriləcək.
Tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.
Tədbirin gündəliyinə əsasən mayın 10-da Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
Mayın 11-12-də isə Avropa Olimpiya Komitəsinin Baş Assableyasının iclası və AOK-un 39-cu seminarı keçiriləcək. Assambleyada eyni zamanda AOK-un illik hesabatı müzakirə olunacaq. Həmçinin, Pxençxan-2018 və Tokio-2020 Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Bundan başqa Belqrada toplaşan Olimpiya rəsmiləri tərəfindən 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcək. AOK-un Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə "VII Pyotr Nurovski - Avropanın ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.
Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təqdimatı olacaq.


Bu yazı

9625 dəfə oxunub

Tarix

2018-05-08 15:09:52

Yazını

Çap et

Yazını

Paylaş