Bakıda WFCA-48 beynəlxalq turniri keçirilib








Bakı Olimpiya Stadionunda (BOS) WFCA-48 beynəlxalq turniri keçirilib.

"Olimpnews.az” xəbər verir ki, Bakı Olimpiya Stadionu, "Olimpiya” klubu və "Axmat” döyüş klublarının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqlarını nümayiş etdiriblər. WFCA-48 turniri çərçivəsində azarkeşlər dünyanın bir sıra tanınmış döyüşçüləri ilə yanaşı, təmsilçilərimiz Mehman Məmmədov, Bəxtiyar Arzumanov, Aqşin Babayev və Tofiq Musayevin döyüşlərini izləyiblər.

Ümumilikdə, yüksək təşkilatçılığı ilə diqqəti çəkən yarışda MMA qaydalarına uyğun olaraq 14 döyüş keçirilib. Turnirin super-döyüşü Rusiyanın (Çeçenistan) "Axmat” klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo” Xasbulayev və Salman Camaldayev arasında olub. Turnir çərçivəsində keçirilən maraqlı döyüşlərdən biri də təmsilçimiz Tofiq Musayevlə Marif Pirayev (Rusiya) arasında olub. Tofiq Musayev bu dəfə də möhtəşəm qələbəsi ilə azarkeşlərə sevinc dolu anlar yaşadıb. İdmançımız rəqibinə 1-ci raundda texniki nokautla qalib gəlib. Qeyd edək ki, döyüşlər "CBC Sport” və "Match TV” telekanalları ilə canlı yayımlanıb.
WFCA-48 turnirin nəticələrini oxucularımıza təqdim edirik:

1. Abdulhakim Məcidov (Rusiya) – Mehman Məmmədov (Azərbaycan) – nokaut, 3-cü raund

2. Konstantin Andreytsev (Rusiya) – Nasrudin Nasrudinov (Rusiya) – hakimlərin qərarına əsasən

3. Oskar Sosa (Dominikan Respublikası) – Maqomed Qeroyev (Rusiya) - nokaut, 1-ci raund

4. Temirxan Axtemirov (Rusiya) – Bəxtiyar Arzumanov (Azərbaycan) - hakimlərin qərarına əsasən

5. Aleksey Naumоv (Ukrayna) – İmran Julagov (Rusiya) – texniki nokaut, 2-ci raund

6. Cekson Qonzalves (Braziliya) – Zaurbek Başayev (Rusiya) - hakimlərin qərarına əsasən
7. Flavio de Kueros (Braziliya) – İmran Bukuyev (Rusiya) - hakimlərin qərarına əsasən

8. Kanat Keldibekov (Qırğızıstan) – Aqşin Babayev (Azərbaycan) – boğucu fənd, 1-ci raund

Ander-kart

9. Brendon Keş (ABŞ) – Yevqeniy Qonçarov (Rusiya) - texniki nokaut, 1-ci raund

10. Nikolas Varela (Arqentina) – Azam Qaforov (Tacikistan) – hakimlərin qərarına əsasən
11. Murad Abdulayev (Rusiya) – Qoyti Dazayev (Qazaxıstan) - nokaut, 1-ci raund
12. Kazbek Səidəliyev (Rusiya) – Alixan Vaxayev (Rusiya) – hakimlərin qərarına əsasən
13. Marif Pirayev (Rusiya) – Tofiq Musayev (Azərbaycan) - texniki nokaut, 1-ci raund

Super-döyüş

14. Maqomedrəsul Xasbulayev (Rusiya) – Salman Jamaldayev (Rusiya) – hakimlərin qərarına əsasən
Meyn-kart






Bu yazı

23627 dəfə oxunub

Tarix

2018-05-10 10:07:22

Yazını

Çap et

Yazını

Paylaş