Çempion üzüklərini kimlər alacaq?






Beynəlxalq Boks Federasiyası (İBF) Vladimir Kliçko və Entoni Çeşua qarşılaşmasını 2017-ci ilin döyüşü adlandırıb.

Məlumat üçün bildirək ki, britaniyalı boksçu 2017-ci ilin aprelində Londondakı "Uembli” stadionunda ukraynalı Vladimir Kliçko ilə rinqə çıxmışdı. Döyüşün 11-ci raundunda Entoni Çeşua rəqibini texniki nokautla məğlub edərək ağır çəki dərəcəsində İBF, WBA (siper) və İBO versiyaları üzrə dünya çempionu titulunu müdafiə etmişdi. Hazırda o, bu titullardan başqa, həm də WBO çempionudur.

Britaniyalı boksçunun WBA (super) versiyada mütləq rəqibi rusiyalı idmançı Aleksandr Povetkindir.
İBF ən yaxşı boksçuları mükafatlandıracaq. Mükafatlandırma mərasimi mayın 31-də İtaliyada təşkil ediləcək. Belə ki, çempion üzükləri beynəlxalq federasiya tərəfindən Entoni Çeşua, Gennadi Qolovkin (Qazaxıstan), Li Selbiyə (Böyük Britaniya) təqdim olunacaq.



Bu yazı

1901 dəfə oxunub

Tarix

2018-05-14 12:20:55

Yazını

Çap et

Yazını

Paylaş