Qrup komandamız Portuqaliyada dəst medala layiq görüldü





Bədii gimnastlarımızdan xoş xəbər bu dəfə Portuqaliyadan gəlib.

Portimao şəhərində keçirilən "Challenge” seriyasından Dünya kuboku yarışlarında ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası 3 dəfə fəxri kürsüyə yüksəlməyi bacarıb. Bütün mümkün finallarda medal qazanan qrup komandamız ilk dəfə olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medala sahib olublar.
Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət komandamız halqalarla hərəkətlərdə gümüş, top və iplərlə hərəkətlərdə isə qüsursuz çıxış edərək qızıl medala layiq görülüblər. Beləliklə, Portuqaliyada Azərbaycanın dövlət himnini səsləndirən bədii gimmnastlarımız beynəlxalq yarışdan dəst medala qayıdıblar.
Bədii gimnastlarımız daha bir uğura İspaniyanın Quadalaxara şəhərində keçirilən beynəlxalq turnirdə imza atıblar.
Yeniyetmə gimnastlarımız Nərminə Səmədova və Arzu Cəlilova komanda hesabında (88.550 xal) turnirin bürünc medalına layiq görülüblər. Siyahıda 4-cü yerdə də 86.950 xalla digər Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.
Qızlarımız fərdi final yarışlarında da mübarizə aparıblar. Nəticələrə əsasən, Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə isə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərar tutub.




Bu yazı

15825 dəfə oxunub

Tarix

2018-05-14 14:57:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook