Olimpiya Oyunlarında baş verən qeyri-adi hadisələr







Olimpiya Oyunları dünyada ən mötəbər və möhtəşəm idman yarışlarından biridir. Dörd ildən bir keçirilən olimpiada yarışlarında dünyanın 200-dən çox ölkəsindən atletlər qüvvələrini sınayırlar. Əsasını qədim Yunanıstandan götürən müasir Olimpiya Oyunlarının yaranmasından 122 il ötür. Bu müddət ərzində 31 olimpiada keçirilib. Olimpiya çempionu olmağı qoyar bir yana, Olimpiya Oyunlarının iştirakçısı olmaq hər idmançıya nəsib olmur.
Hər zaman səhifələrində olimpizmin, Olimpiya hərəkatının təbliğinə geniş yer verən "Olimpnews.az” saytə bu dəfə oxucularına olimpiadalarda baş verən maraqlı və qeyri-adi hadisələr barədə məlumat verəcək.

Olimpiya bayrağındakı nöqsanı 20 il heç kim görmədi

Maraqlı hadisələrdən biri Yaponiyanın Sapporo şəhərində keçirilən XI Qış Olimpiya Oyunlarının açılış mərasiminin məşqi zamanı baş verib. Olimpiya bayrağı olimpiadanın açılış mərasiminə gətiriləndə zalda iştirak edən ayıq tamaşaçılardan biri təəccüblənir: Olimpiya xartiyasına uyğun olan 5 həlqənin rəng sıralaması pozulmuşdu. Belə ki, sıralamada mavi, sarı, qara, yaşıl və qırmızı rənglər biri-birini əvəz etməli olduğu halda, səhvə yol verilmişdi. ləməlidir. Həmin tamaşaçı təşkilat komitəsini bu barədə xəbərdar edir. Bu hadisədən dilxor olan təşkilatçılar ilk mənbəyə müraciət etməli olurlar. Məlum olur ki, Olimpiya bayrağında həlqələrin rəngi 1952-ci ildən etibarən düz verilməyib və bunu 20 il ərzində heç kəs müşahidə etməyib.

Təsadüfi qol

Solt-Leyk-Siti-2002 Qış Olimpiadasında maraqlı hadisə qeydə alınıb. Bu hokkey turnirində Belarus yığmasının oyunçusu Vladimir Kopatynına İsveç yığmasının qapısına vurduğu təsadüfi qolla bağlıdır. Belə ki, komandalar arasında hesab 3:3 olanda belarusli hokkeyçi növbəti fasiləyə çıxmamışdan əvvəl mavi xəttdən rəqip qapısına ötürmə edir. Və inanılmaz vəziyyət baş verir: isveçli qapıçı Tommi Salo kürəyi ilə şaybanı buraxmamağa çalışsa da, alınmır. Beləliklə, final fitinə 2 dəiqə qalmış belaruslar hesabda irəli çıxırlar. Məhz həmin bu təsadüfi qolun sayəsiondə Belarus yığması olimpiadanın yarımfinalına çıxa bilmişdi.

Pekin-2008 Olimpiadasının talismanı və emblemi nəyi ifadə edirdi?

Pekin-2008 Yay Olimpiya Oyunlarının talismanları 5 simvolu özündə birləşdirirdi- qaranquş, balıq, panda, tibet sayqakı və olimpiya alovu. Talismanlar belə adlar qoyulmuşdu– Bey-bey, Xuan-xuan, İn-in, Ni-ni. Talismanların adlarının ilk hecalarından isə belə bir cümlə alınırdı : "Pekinə xoş gəlmisiniz”.
Pekin-2008 Olimpiadasının qaçan insanı ifadə edən emblemi əslində "Pekin” ieroqlifi əsasında hazırlanmışdı. Emblemin konturunda çinlilər paytaxt şəhərin adını oxuya bilirdilər.

Kofeni satan olimpiadada iştirak edə bilərdi

1932-ci ilin iyul ayında Rio-de-Janeyro şəhər limanından Los-Ancelesə yük gəmisi yola düşdü. Gəminin yük yerində 5 min kofe kisəsi var idi. Göyərtə və kayutlarda isə Los-Anceles Olimpiya Oyunlarında iştirak etməyə gedən milli komandanın üzvləri səyahət edirdilər. 69 olimpiyaçı gəmidək kofeni sataraq ABŞ şəhərində yemək və yataq problemlərini həll etməli idilər. Braziliya hökuməti iqtisadi böhran vəziyyətində bundan başqa çıxış yolu tapa bilməmişdi. Lakin heç bir limanda kofeyə alıcı tapılmadı.
Nəticədə, Los-Anceles limanında 69 idmançıdan yalnız 24-ü düşdü. Həmin 24 nəfər ki, özlərinin şəxsi vəsaiti vardı.

Müasir dövrə gəlib çatan nəticələr

Qədim dövrün mütləq idman nəticələri haqda informasiya müasir dövrə qədər qoruyub saxlanılır. Belə nəticələrdən biri Delfiyanın heykəlinin postamentində qeyd olunub: "Faill 55 pəncə uzunluğa tullanıb, nizə tullamada isə isə cüzi hesabla geri qalıb. Digər nəticə barədə isə Yuliy Afrikanın "Olimpiada qaliblərinin siyahısı”ında etdiyinqeyddə görmək mümkündür. Həmin siyahıda spartalı atlet, sadə və ikiqat qaçış üzrə çempion Hionid haqqında məlumat yer alıb. Burada bildirilir ki, Hionid 50 pəncə tullana bilərdi, amma alınmayıb. Beləliklə, hesablamaya görə müəyyən olur ki, Faill nizəni 28,2 m uzaga tullayıb və 16,28 m məsafəyə tullanıb. Hionid isə 15,39 m uzunluğa tullana bilib.

Moskva-1980 Olimpiadasının baykot edilməsi

1977-ci il iyunun 10-da Ağ evdə ABŞ prezidenti Cimmi Karter Moskva-1980 Olimpiya Oyunlarının baykot edilməsi ilə bağlı çıxış edir. Ölkənin aparıcı nəşrlərinin baş redaktorları ilə məsləhətləşmələrdən sonra olimpiadaya qarşı elan edilmiş informasiya müharibəsinin ilk atəşi açılır. Həmin qəzetlər Cimm Karterin bəyanatını dərc edirlər: "Mən şəxsən, Sovet İttifaqına təcavüzkar formada və təbii ki, digər ölkələrə sülh məramı ilə çağırış etmək istəyirəm. Bildirirəm ki, indi olmasa da, 15-20 ildən sonra dünyanın hər bir nöqtəsində biz böyük nüfuza malik olacağıq”.
Həmin vaxt sovet qoşunlarının Əfqanıstana yeridilməsinə hələ 2 il qalırdı. Hansı ki, məhz bu amil Olimpiada-80-nin baykot edilməsinə vəsilə olmuşdu. ABŞ prezidenti 1980-ci il yanvarın 4-də XXII Yay Olimpiya Oyunlarının baykot edilməsini rəsmi olaraq elan etdi.
Moskva-1980 Olimpiadasında oyunların rəsmi dili fransız dili oldu. Baykota görə həmin dövrdə çıxan və Amerika Olimpiya komandasına həsr olunmuş "Amerika” jurnalı ləğv edildi.

Tennisdə ən gənc və yaşlı çempion

Tennis üzrə ən gənc Olimpiya çempionu ABŞ idmançısı Cennifer Kapriati hesab olunur. Barselona-1992 Olimpiadasında qalib olanda Cenniferin cəmi 16 yaşı var.
Britaniyalı tennisçi Corc Hillard 44 yaşında Olimpiya çempionu tituluna layiq görüldü. Bu, 1908-ci ildə Londonda keçirilən IV Yay Olimpiya Oyunlarında baş vermişdi. Corc Hillard tennis üzrə cütlüklərin yarışında fərqlənmişdi.

6 ay davam edən olimpiada


Olimpiya Oyunları tarixində ən uzunmüddətli yarışlar 1900-ci ildə baş tutub. Parisdə keçirilən II Olimpiya Oyunlarının təşkili beynəlxalq sərgiyə təsadüf etdiyindən çox çəkib. Olimpiadaya mayın 14-də start verilib və 5 ay yarım, oktyabrın 28-dək davam edib.





Səadət Hakıyeva






Bu yazı

5589 dəfə oxunub

Tarix

2018-05-16 17:18:12

Yazını

Çap et

Yazını

Paylaş