Güləş üzrə hərbçilərin dünya çempionatında 6 medal






Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı keçirilir. 

"Olimpnews.az" saytı xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası indiyədək 6 (1 qızıl, 1 gümüş və 4 bürünc) medal qazanıb.

Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlara mayın 14-də start verilib.
İdmançılarından döşək üzərinə ilk olaraq MOİK-in üzvü Sona Tumarxanova çıxıb. 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub. İdmançımız bununla da çempionatda milli komandamızın aktivinə ilk medalı yazdırıb. İkinci bürünc medalı isə Ağahüseyn Mustafayev qazanıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İran idmançısı Biyabani Peymana qalib gəlib.
Komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb. İdmançımız bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb.
4-cü bürünc medalı komandamıza MOİK-in zabiti Ağahüseyn Mustafayev qazandırıb. 65 kq əki dərəcəsində mübarizə aparan güləşçimiz medal uğrunda İran idmançısı Biyabani Peymanı mübarizədən kənarlaşdırıb.
Dünya çempionatında 86 kq çəkidə ölkəmizi təmsil edən Kənan Əliyev yarışı gümüş medulla başa vurub. Təmsilçimiz yalnız final qarşılaşmasında rusiyalı güləşçiyə 1 xal uduzub. MOİK-in digər nümayəndəsi Roman Bəkirov (97 kq) isə Kolumbiya idmançısına qalib gələrək bürünc medala layiq görülüb.
Çempionatda qadınlar arasında 65 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb. İdmançımız bu qələbə sayəsində 33-cü dünya çempionatında Azərbaycan komandasının aktivinə ilk qızıl medalı yazdırıb.
Yarışlara mayın 20-də yekun vurulacaq.




Bu yazı

5491 dəfə oxunub

Tarix

2018-05-18 15:40:58

Yazını

Çap et

Yazını

Paylaş