Dəri əlcək ustalarımız hazırlığa başlayıblar



Gənc boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.
Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında keçirilən toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda əsasən fiziki məşqlərə üstünlük verilir.
Bununla da avqust ayında Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.


Bu yazı

4689 dəfə oxunub

Tarix

2018-05-25 16:53:44

Yazını

Çap et

Yazını

Paylaş