Beynəlxalq turnirdə 630 taekvondoçu



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş taekvondo üzrə beynəlxalq turnirə yekun vurulub. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən beynəlxalq turnir "Aran” taekvondo klubunun təşkilatçılığı, Ağcabədi rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi keçirilib.
Yarışda respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 630 uşaq, yeniyetmə və gənc taekvondoçu mübarizə aparıb.
Ağcabədi Olimpiya İdman Kompleksində Gürcüstanın "Rustavi” taekvondo klubunun da iştirak etdiyi beynəlxalq yarışda döyüşlər "Daedo international” elektron sistemilə keşirilib və qaliblərə təşkilatçılar tərəfindən müvafiq diplom və medallar təltif olunub.
Şəxsi yarışlarda əldə edilən medal sayına görə RUGİM komandası birinci yerə layiq görülüb. "Aran” taekvondo klubu ikinci, Sumqayıtın "Təhsil” komandası isə üçüncü yerə sahib çıxıb.


Bu yazı

15442 dəfə oxunub

Tarix

2018-05-25 17:18:55

Yazını

Çap et

Yazını

Paylaş