“Mersedes” Formula-1 yarışlarını tərk edir?



"Mersedes” komandasının nümayəndəsi Niki Lauda Formula-1 yarışlarını tərk edəcəkləri barədə danışıb.
Onun sözlərinə görə, kollektiv 2021-ci il mövsümü və sonrakı dövr ərzində texniki problemləri həll edə bilməsə, bu qaçılmaz olacaq.
"Əlbəttə, hər şey hazırda top komandaların əleyhinə yönəldilib. Texniki problemlərlə bağlı "Ferrari” və "Mersedes” yarışları tərk etsə, bunun nə marağı olacaq ki?!, -deyə Niki Lauda bildirib.
Qeyd edək ki, bundan əvvəl "Ferrari” komandası da Formula-1-dən gedəcəyini demişdi. Britaniyanın "Aston Martin” kollektivi isə fürsəti dəyərləndirərək komandanı təqvimdə əvəzləməyə hazır olduğunu bildirmişdi.


Bu yazı

11452 dəfə oxunub

Tarix

2018-05-29 12:33:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook