Serena Uilyams vegeterian oldu



ABŞ tennisçisi Serena Uilyams qızı Olimpiya doğulduqdan sonra arıqlamağa başlayıb.
Məşhur idmançı ana olduqdan sonra həftədə 3-4 dəfə qaçışla məşğul olur. Əvəllər qaçışla məşğul olmadığını deyən Serena Uilyams bundan böyük zövq aldığını deyib: "Mən formada olmaq üçün idman edir, dieta saxlayıram. Sağlamlıqda qida qəbulu da mühüm rol oynayır. Bu baxımdan ət yeməklərindən imtina etmişəm. Bu proses mənə 44 günə başa gəldi. Tezliklə Avropaya səyahət edəcəyəm. Düşünürəm ki, orada yaxşı keyfiyyətli pendir yeyə biləcəyəm”.


Bu yazı

8777 dəfə oxunub

Tarix

2018-05-29 13:17:34

Yazını

Çap et

Yazını

Paylaş