1000-ci yürüş Şanxayda keçiriləcək



Gələn il Formula-1 yarışmasının 1000-ci yürüşü Şanxayda keçiriləcək. Formula-1 rəhbərliyi yubiley yarışmasını birinci Qran-Prinin (1950) keçirilmiş olduğu Silverstounda təşkil etmək istəsə də, hava şəraitinə görə bu ideyadan imtina etmək qərarına gəlib.
"Əlbəttə, biz istərdik ki, yubiley yarışması Silverstounda keçirilsin. Bu, çox gözəl və rəmzi olardı. Lakin bu ilin aprel ayında Böyük Britaniyada bizi bu ideyadan əlverişsiz hava şəraitinə görə daşındırdılar”, - deyə Formula-1-in kommersiya direktoru Şon Bratçes bildirib.
Böyük Britaniya Qran-Prisi aprel ayında yalnız bir dəfə - 2000-ci ildə keçirilib və o zaman təşkilatçılar çətin hava şəraiti ilə qarşılaşıblar: güclü yağış trası, demək olar, yuyub aparmışdı.
Bratçes Şanxayda yubiley yürüşünün uğurlu olacağına əminliyini də bildirib. Vurğulayıb ki, Çin gələcək Formula-1-in bir hissəsidir.


Bu yazı

12100 dəfə oxunub

Tarix

2018-05-29 15:46:23

Yazını

Çap et

Yazını

Paylaş