İlham Əliyev: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir”




Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmançılarımızın qazandığı uğurları da yüksək qiymətləndirərək demişdir:
"Heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan idman sahəsində dünyanın aparıcı ölkələrinin sırasında olacaqdır. Biz buna nail ola bilmişik. Sovet dövründə əgər bizim hansısa bir idmançımız Avropa, ya dünya çempionatında yüksək yer tuturdusa, biz bunu böyük bir tarixi hadisə kimi qəbul edirdik. Bu gün bizim idmançılarımız Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında yüzlərlə medal qazanmışlar. Son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdədir. Təsəvvür edin, 200-ə yaxın ölkənin iştirak etdiyi bu Oyunlarda 14-cü olmaq nə qədər böyük nailiyyətdir. Bu, nəyin nəticəsidir? Görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsidir. Bu gün hansı sahəyə baxsan inkişaf var, tərəqqi var və gələcək dinamik inkişaf üçün aydın baxışlar var. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.



Bu yazı

3395 dəfə oxunub

Tarix

2018-05-30 11:29:20

Yazını

Çap et

Yazını

Paylaş