Luis Hamilton nədən qorxur?


Formula-1 yarışlarının indiki çempionu Luis Hamilton təqvimdə Mayami Qran-prisinin keçirilməsinə zarafatla münasibət bildirib.
Britaniyalı pilotun sözlərinə görə, onun müəyyən səbəblərdən Florida ştatında keçiriləcək yarışlarda qalib gəlmək şansı azdır.
"Dostum mənə yarış təqvimində Mayami Qran-prisi barədə sms yazmışdı. Həmin an düşündüm ki, mən həmin yarışda qalib gələ bilməyəcəm. Çünki Mayami əyləncəli və nağıllar şəhəridir. Burada dünyanın ən gözəl xanımları yaşayır. Bu xanımların mənim fikrimi yayındıracaqlarından tam əminəm”, - deyə çempion zarafatla bildirib.
Qeyd edək ki, Mayami şəhər şurası Formula-1 yarışlarının 2019-cu ildə burada keçirilməsini təklif edib.



Bu yazı

12408 dəfə oxunub

Tarix

2018-05-30 14:04:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook