Avropa Altetika Federasiyasının pezidenti ölkəmizdə səfərdədir




Avropa Altetika Federasiyasının pezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz Bakıda işgüzar səfərdədilər. Azərbaycanda atletika idman növündə fəallığı və təbliği ilə yaxından tanış olmaq üçün qonaqlar müxtəlif idman obyektlərini və qurumlarını ziyarət ediblər. Bakı Olimpiya Stadionu və digər idman qurğuları ilə yaxından tanış olan qonaqlara Bakı 2015 Avropa Oyunları və Bakı 2017 İslam həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin atletika yarışlarının bu stadionda keçirildiyi bildirilib.
Azərbaycan Atletika Federasiyasının fəaliyyəti və strukturu ilə yaxından tanış olduqdan sonra atletika idman növünün gəclər arasında inkişaf yollarını müzakirə ediblər. Həmçinin, görüş çərçivəsində Avropa rekordçusu, üç təkanla tullanma idman növündə mübarizə aparan Nazim Babayevlə görüşüblər.
Gənclər və idman naziri Azad Rəhimovla görüşərək fikir mübadiləsi aparan qonaqların növbəti görüşü Milli Olimpiya Komitəsində olub. Burada atletika idman növünə maraq və təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər ilə yaxından tanışlıqdan sonar "KIDs Athletics”, "Olimpiya Hərəkatı”, "LEAP 2017”, "Michel Johnson Performance” və digər təbliğedici layihələrin əhəmiyyəti, o cümlədən son illərdə idmana olan marağın artmasından danışıblar. Bu layihələrin gənclərin idmana marağının genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının artırılmasında rolunu qeyd etdiblər.
Səfərin sonunda qonaqlar Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüblər.










Bu yazı

25669 dəfə oxunub

Tarix

2018-05-30 16:48:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev