Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu - video


Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb.
Olimpnews.az-ın məlumatına görə, azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında keçirilən mübarizədə beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində olub. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.
Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın "Əhməd”klubu adından "Mercedes” avtomobili bağışlanıb.




Bu yazı

4042 dəfə oxunub

Tarix

2018-05-31 09:01:44

Yazını

Çap et

Yazını

Paylaş