Kəmər döyüşünün iştirakçıları Bakıya gələcəklər



İyunun 2-də Bakıda peşəkar boks yarışması keçiriləcək. Yarış Almaniyanın Magdeburg şəhərində "Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və uzun illərdi bu ölkədə fəaliyyət göstərən "Heydər Əliyev adına Dünya Boks Komitəsi”in təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) və "Qəbələ” İdman Klubunun dəstəyi ilə təşkil olunacaq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan yarışda bir sıra Avropa ölkələrindən 15-dən çox idmançı mübarizə aparacaq. İdmançılar IBO-WBC dünya, WBCA continental kəmərləri uğrunda "Sərhədçi” İdman Olimpiya Mərkəzində yarışacaqlar.



Bu yazı

4285 dəfə oxunub

Tarix

2018-05-31 17:04:28

Yazını

Çap et

Yazını

Paylaş