Gənclərimiz mübarizəyə başlayır


Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan gənclər arasında yunan-Roma güləşi üzrə İyunun 1-3-də keçiriləcək beynəlxalq turnirdə gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamız iştirak edəcək. Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 15 - Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hamısı 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (hamısı 60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (hər ikisi 67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (hər ikisi 82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilov (130 kq)güləşçi turnirdə qüvvəsini sınayacaq.
Onu da qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.




Bu yazı

11409 dəfə oxunub

Tarix

2018-06-01 10:23:00

Yazını

Çap et

Yazını

Paylaş