Useyn Boltun medalı əlindən alındı





Əfsanəvi atlet Useyn Bolt Olimpiya Oyunlarında qazandığı qızıl medalların birindən məhrum edilib.

Yamaykalı idmançı Pekin-2008-dəki mükafatını təhvil verməli olub.

Söhbət 4x100 m estafet qaçışındakı çempionluqdan gedir. Onun komanda yoldaşı Nesta Karterin analizində dopinq aşkarlanıb. Buna görə Yamayka yığması çempionluqdan məhrum edilib.

Halbuki Bolt və komandası məsafəni 37,10 saniyəyə qət etməklə dünya rekorduna imza atmışdı. Lakin Beynəlxalq Olimpiya Komitəsi bu nəticəni ləğv edib. İdman Arbitraj Məhkəməsi (CAS) isə yamaykalıların müraciətini rədd edib.

Qeyd edək ki, bu cəzadan sonra qızıl medallar Trinidad və Tobaqo yığmasına verilib. Yaponiya və Braziliya yığmaları isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüb.




Bu yazı

22820 dəfə oxunub

Tarix

2018-06-01 12:50:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev