Şəhriyar Məmmədyarov Levon Aronyanla qarşılaşacaq



Norveçin Stavanger şəhərində keçirilən superturnirin üçüncü turunda qrossmeysterimiz Şəhriyar Məmmədyarov rusiyalı şahmatçı Sergey Karyakinlə 28-ci gedişdən sonra heç-heçə barədə razılığa gəliblər.
Vişvanatan Anand - Din Lijen, Uesli So - Hikaru Nakamura, Maksim Vaşye-Laqrav - Fabiano Karuana partiyaları da sülhlə başa çatıb.
Dünya şahmat tacının sahibi, norveçli şahmatçı Maqnus Karlsen 2,5 xalla turnirin lideridir. O, üçüncü turda erməni qrossmeysteri Levon Aronyana qalib gəlib. S.Karyakin, H.Nakamura, Ş.Məmmədyarov, Din Lijen, V.Anand, M.Vaşye-Laqrav və U.Sonun hər birinin aktivində 1,5 xal var. L.Aronyan və F.Karuana hərəyə 1 xal toplayıblar.
"Altibox Norway Chess 2018” superturniri iyunun 8-dək davam edəcək. Mükafat fondu 250 min avro olan turnirin qalibi 75 min avro, ikinci yerin sahibi 40 min avro, üçüncü yerin sahibi 25 min avro alacaq.
Dördüncü turda aşağıdakı partiyalar oynanılacaq: Din Lijen – Fabiano Karuana, Sergey Karyakin – Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov - Levon Aronyan, Hikaru Nakamura -Maqnus Karlsen



Bu yazı

12309 dəfə oxunub

Tarix

2018-06-01 16:25:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook