Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya Bakıda qazanılacaq


Milli Gimnastika Arenasında iyunun 23-də Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçiriləcək. Belə ki, oktyabrın 6-18-də Buenos-Ayresdə təşkil olunacaq Oyunlara lisenziya qazanmaq üçün kişi və qadın idman gimnastları ölkəmizin paytaxtında qarşılaşacaq. 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastların iştirakının nəzərdə tutulduğu turnirdə kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaq .
Yarışda ölkəmizi Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.
Qeyd edək ki, təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən, hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə vəsiqə qazanacaqlar.



Bu yazı

6276 dəfə oxunub

Tarix

2018-06-01 17:55:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook