Gənc cüdoçularımız 5 medal qazanıb


Gənc cüdoçular arasında Avstriyanın Leybnits şəhərində keçirilən açıq Avropa kuboku turniri başa çatıb. Təmsilçılərimiz turnirdə 5 medal qazanıblar.
Avropa kubokunda 55 kiloqram çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan və Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev gümüş medalla kifayətlənib. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olublar. Millimizin üzvləri Ramilə Əliyeva (44 kq) və İbrahim Əliyev (66 kq) turniri üçüncü pillədə başa vurublar. Beləliklə, baş məşqçi Elçin İsmayılovun yetirmələri gənc cüdoçularımız Leybnits beynəlxalq turnirində 1 gümüş və 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoçu medallar uğrunda yarışıb. Azərbaycan beynəlxalq turnirdə 21 cüdoçu ilə təmsil olunub.




Bu yazı

10866 dəfə oxunub

Tarix

2018-06-04 11:42:33

Yazını

Çap et

Yazını

Paylaş