Olimpiada-2022-nin proqramına yeni idman növü daxil ediləcək
Bobsley və skeleton Beynəlxalq Federasiyası (İBSF) bobsley və skeleton idman növlərinin 2022-ci ildə Pekində keçiriləcək XXIII Paralimpiya Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə ərizə təqdim etməyi düşünür.
Kanada MOK-nun prezidenti vəzifəsindən uzaqlaşdırılıb
Marsel Obut Kanada Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsi postundan kənarlaşdırılıb
Rio-2016 Olimpiadasının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək.
Təşkilat Komitəsi işi sürətləndirməyi tövsiyə edib
Pxençxan-2018 Olimpiya Oyunları Təşkilat Komitəsi Olimpiya kəndinin tikintisinə qərar verib. Tikintinin qış Olimpiya Oyunlarına bir il qalmış, yəni 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
İdmanın beş növünün “Tokio-2020”nin proqramına salınması Beynəlxalq Olimpiya Komitəsinə təklif olunub
Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi idmanın beş növünün turnirin proqramına salınmasını Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təklif edib.
Boston-2024 Təşkilat Komitəsi təklif irəli sürüb
Boston-2024 Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Con Fiş paralimpiya oyunlarının Olimpiya oyunlarından əvvəl keçirilməsini təklif edib. Bu barədə ABŞ-ın yerli mətbuatı xəbər yayıb.
Olimpiya qurğularının bəzilərində işlər dayandırılıb
Rio-2016 Yay Olimpiya Oyunlarının idman obyektlərində qayda pozuntuları aşkar edilib.
Bilet satışının ilk mərhələsi başa çatıb
Braziliyalılar arasında Rio-2016 Yay Olimpiya Oyunlarına bilet satışında ən çox tələbat futbol və voleybol idman növlərinədir.
Tomas Bax: “Olimpiada-2028 uğrunda mübarizədə Avstraliyanın şansı çoxdur”
Avstraliya 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini verdiyi təqdirdə onun şansı yüksək olacaq. Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
ASOİF “Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib
Yay Olimpiya İdman Növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (ASOİF) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) irəli sürdüyü “Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib.
İsveç Olimpiada-2026-ya namizədliyini verəcək
İsveç hökuməti 2026-cı ildə keçiriləcək qış Olimpiya oyunlarına ev sahibliyi üçün öz namizədliyini verəcək.
Braziliyalılar Olimpiya oyunlarına 1,2 milyon bilet alıblar
Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin məlumatına görə, braziliyalılar yarışları izləmək üçün 1,2 milyon bilet alıblar.
Rio-2016 Olimpiadasının təqvimi hazırdır
Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsi yarışların cədvəlini əks etdirən təqvimi ictimaiyyətə təqdim edib.
Yaponiya Tokio-2020 üçün möhtəşəm stadionun inşasında tərəddüd edir
Yaponiyanın Təhsil, İdman və Elm naziri Xakubun Simomura maraqlı açıqlama verib. Nazir bildirib ki, Tokioda 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarını qəbul etmək üçün möhtəşəm stadionun tikintisi ölkənin büdcəsinə uyğun deyil.
Komissiya olimpiadaya hazırlıqdan razı qalıb
Beynəlxalq Olimpiya Komitəsinin Təkamül Komissiyası 2022-ci ildə keçiriləcək qış Olimpiya və paralimpiya oyunlarına ev sahibliyinə namizəd Pekin şəhərində olub. Komissiya olimpiadaya hazırlıqdan razı qalıb.
Vitali Smirnov: “Beynəlxalq Olimpiya Komitəsi bizim ölkəyə etibar edir”
Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Vitali Smirnov ölkəsinin növbəti dəfə Olimpiya oyunlarına ev sahibliyi edəcəyinə inandığını və bunun üçün zamana ehtiyac olduğunu deyib.
FİFA Olimpiya futbol turnirinin Manausda təşkilinə etiraz edir
FİFA Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rio-2016 Yay Olimpiya Oyunlarının proqramına daxil olan futbol turnirinin Manausda keçirilməsi barədə qərarına narazılığını bildirib. Xatırladaq ki, futbol yarışlarının əsas hissəsi Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Lakin bir neçə görüşün 2014-cü ildə DÇ-ni qəbul edən Manausda təşkili planlaşdırılır.
Atlet diskvalifikasiya edilib
Rusiyalı atlet Yuliya Zaripova antidopiq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib. Bu səbəbdən rusiyalı idmançı Moskva vilayətinin Olimpiya İdman Növləri Mərkəzindən azad edilib.
Paris Olimpiya oyunlarına ev sahibliyi edə bilər
Fransanın paytaxtı Paris 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi edə bilər. Artıq Fransa rəsmiləri bu məsələ ilə bağlı rəsmi danışıqlara başlayıblar.
Covanni Malaqo: “Biz Olimpiada-2024 uğrunda şansımızı yüksək qiymətləndiririk”
İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşüb.
XXVII Qış Universiadasına yanvarın 24-də start veriləcək
Slovakiya və İspaniyanın birgə ev sahibliyi edəcəyi XXVII Qış Universiadasına yanvarın 24-də start veriləcək. Yarışlar Slovakiyada 24 yanvar - 2 fevral tarixlərində Ştrebsk-Plesoda və Osrblidə, İspaniyada isə 4-14 fevral tarixlərində Cyer-Nevada və Qranada şəhərlərində təşkil ediləcək.
Laureus Awards ən yaxşıları seçəcək
Laureus Awards akademiyasının versiyası üzrə dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması mərasimi bu il aprelin 15-də Çinin Şanxay şəhərində keçiriləcək. Mərasimdə dünyanın 46 idman əfsanəsi mükafata layiq görüləcək.
ABŞ, İtaliya və Meksika Olimpiada-2024 uğrunda mübarizə aparır
ABŞ-ın bir neçə şəhəri 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarına öz namizədliyini irəli sürməyə hazırlaşır. Əvvəlcə ölkənin namizəd şəhərləri arasında daxili konkurs keçiriləcək.
Larisa Latınina mükafat alıb
Məşhur sovet gimnastı, 9 qat Olimpiya çempionu Larisa Latınina Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi MOKA Baş Assambleyasının Banqkokdakı iclasında keçirilib.
İlin ən yaxşısı müəyyən edilib
Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) Rusiya Olimpiya Komitəsini (ROK) 2014-cü ilin ən yaxşı milli Olimiya komitəsi kimi mükafatlandırıb. ROK-a bu mükafat MOKA-nın Baş Assambleyasında təqdim edilib.
Kosova MOK-nun üzvlüyə qəbul edilməsi dekabrda baş tutacaq
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Kosovanın yay Olimpiya idman növləri üzrə federasiyalarının tam sayı barədə məlumat verib.
Tomas Bax: “Olimpiya oyunlarının programı qənaətbəxş olmalıdır”
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Olimpiya oyunlarının proqramına daxil olan idman növlərinin sayının artmasını yaxşı hal kimi qiymətləndirməyib.
Ölkə başçısı idmançılarla görüşüb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreyada keçirilən XXVII Asiya Oyunlarında qızıl medal qazanan idmançılarla görüşüb.
FİSU Almatının namizədliyini dəstəkləyir
Tələbə İdmanı Beynəlxalq Federasiyasının (FİSU) İcraiyyə Komitəsinin üzvləri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunları uğrunda mübarizədə Qazaxıstanın Almatı şəhərini dəstəkləyiblər.
Geri 1 2 3 4 5 6 İrəli
SON XƏBƏRLƏR
Medal sayı
Facebook