Ölkə başçısı idmançılarla görüşüb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreyada keçirilən XXVII Asiya Oyunlarında qızıl medal qazanan idmançılarla görüşüb.
FİSU Almatının namizədliyini dəstəkləyir
Tələbə İdmanı Beynəlxalq Federasiyasının (FİSU) İcraiyyə Komitəsinin üzvləri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunları uğrunda mübarizədə Qazaxıstanın Almatı şəhərini dəstəkləyiblər.
Bubka yenidən prezident seçildi
Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) baş assambleyasının 29-cu hesabat-seçki yığıncağında Sergey Bubka yenidən adıçəkilən təşkilatın rəhbəri seçilib. Assambleyanın 109 üzvündən 108-i Bubkanın MOK-un prezidenti seçilməsinin lehinə səs veriblər.
Olimpiada-2022 uğrunda yalnız iki şəhər mübarizə aparacaq
Buyaxınlarda Oslo şəhəri 2022-ci ildə keçirilən qış Olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
BOK-da islahatlar aparılacaq
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi beynəlxalq idman qurumunda 2020-ci ilədək islahatların aparılması məsələsinə dekabr ayında baxılacağını deyib.
Olimpiya stadionu gələn ay təhvil veriləcək
Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunları çərçivəsində atletika yarışlarının keçiriləcəyi Joau Avelanja stadionu bu ilin noyabr ayında təhvil veriləcək.
Oslo olimpiadaya ev sahibliyindən imtina etdi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizədə növbəti mərhələdən keçən namizəd şəhərlərin adını açıqlayıb. Siyahıda Almatı (Qazaxıstan), Pekin (Çin) və Oslo (Norveç) şəhərlərinin adı yer alıb. Lakin Oslo gözlənilmədən ev sahibliyi uğrunda mübarizədən imtina edib.
Nazir göstəriş verib
Rusiyanın idman naziri Vitali Mutko Pxençxan-2018 Qış Olimpiya Oyunlarında ölkəsinin qalib ölkələr sırasında olacağına əmin olduğunu bildirib. İdman naziri ölkə yığmasının Olimpiada-2018-ə hazırlığı ilə bağlı artıq göstəriş verib.
Patrik Hikki: “Bakıda obyektlərin inşası sürətlə aparılır”
Buyaxınlarda Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tarixdə ilk dəfə keçiriləcək Avropa-2015 Oyunlarına ev sahibliyi edəcək paytaxt şəhərin yarışlara hazır olduğunu bildirib.
Təşkilat Komitəsi test yarışlarının təqvimini hazırlayıb
Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsi test rejimi çərçivəsində keçiriləcək idman yarışlarının təqvimini hazırlayıb. Bu haqda Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib. İdmanın 45 növü üzrə təşkil ediləcək yoxlama yarışlarında 84 00 idmançı iştirak edəcək.
Dmitri Medvedyev: “İnanıram ki, ölkəmiz futbol çempionatını da yüksək səviyyədə keçirəcək”
Rusiyanın Baş naziri Dmitri Medvedyev ölkəsinin Soçi-2014 Qış Olimpiya Oyunlarında olduğu kimi, 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına da uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu deyib.
Dopinq testləri müsbət nəticə verdi
London-2012 Yay Olimpiya Oyunlarının iki mükafatçısı dopinq qəbul etməkdə günahlandırılır.
Olimpiya çempionu dünyasını dəyişdi
ABŞ idmançısı, ilk qaradərili Olimpiya çempionu Elis Kouçmen 90 yaşında dünyasını dəyişib.
Norveçlilərin əksəriyyəti etiraz edir
Norveç əhalisinin əksəriyyəti 2022-ci ildə keçiriləcək Olimpiya oyunlarının Osloda təşkil edilməsinin əleyhinə çıxış edir.
Nazir Almatının şansını yüksək qiymətləndirib
Qazaxıstanın büdcə planlaşdırması və iqtisadiyyat naziri Erbolat Dosayev Almatının 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına ev sahibliyinə namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında iştirak edib.
Soçi təcrübəsini Pxençanla bölüşəcək
Soçi-2014 Təşkilat Komitəsi Dmitri Çernışenkonun rəhbərliyi ilə Pxençanda keçirilən tədbirdə iştirak edir.
Lvov Olimpiada-2022 uğrunda mübarizədə iştirak etməyəcək
Ukraynanın Lvov şəhəri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına namizədlik uğrunda mübarizədə iştirak etməyəcək.
XXII Qış Olimpiadasının gəliri 9 milyard rubla yaxındır
Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarından gələn gəlirin məbləği 9 milyard rubla yaxındır. Bu barədə Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsi xəbər verib. Bu məbləğ Pekin-2008 Yay Olimpiya Oyunları ilə müqayisədə çoxdur.
Almatı şəhəri təbliğat kampaniyasını davam etdirir
Qazaxıstanın Almatı şəhəri 2022-ci ildə keçiriləcək XXIV Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasındadır. Ölkənin aparıcı idman şəhərlərindən biri olan Almatı buyaxınlarda Asiya Oyunlarına ev sahibliyi edib.
Rusiya Olimpiya Komitəsi Rio de-Janeyro Olimpiadasına hazırlıq üçün 222 milyon rubl vəsait ayırıb
Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov rəhbərlik etdiyi qurum tərəfindən ölkənin yay idman növləri federasiyalarına Rio de-Janeyro-2016 Olimpiadasına hazırlıq üçün 222 milyon rubl dəyərində maliyyə yardımı göstərildiyini bildirib.
Olimpiada-2016-ya Rio-de-Janeyronun yerinə London ev sahibliyi edəcək?
Beynəlxalq Olimpiya Komitəsində (BOK) 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının Londona verilməsi ilə bağlı məsələnin mümkünlüyü araşdırılır.
Üçqat Olimpiya çempionuna mükafat verilib
Soçi-2014 Qış Olimpiya Oyunlarının üçqat çempionu Darya Domraçevaya “İlin ən yaxşı paytaxt idmançısı” mükafatı verilib. Bu barədə məlumatı Belarus Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti verib.
Təşkilat Komitəsi öz fəaliyyətini dayandırır
Soçi-2014 Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko bəyan edib ki, hazırda rəhbərlik etdiyi təşkilatın hüquqi şəxs qismində ləğv edilməsi labüddür.
BOK iki beynəlxalq federasiyanı tanıyıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) yeni yaranan iki beynəlxalq federasiyanı - Beynəlxalq Amerika Futbolu Federasiyası (İFAF) və Ümumdünya Uçan Disk Federasiyasını (WFDF) tanıyıb.
Olimpiadanın məşəlinin yandırıldığı fincan sökülməyəcək
Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin alovlandırıldığı fincan sökülməyəcək.
Qış Olimpiya oyunlarının vaxtı dəyişdirilə bilər
2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarının vaxtı dəyişdirilə bilər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) hələ təşkilatçı ölkənin müəyyənləşdirilmədiyi möhtəşəm idman yarışını 1 il sonraya təxirə salmaq barədə fikirləşir.
Soçidə XXII Qış Paralimpiya Oyunları davam edir
Soçidə XXII Qış Paralimpiya Oyunları davam edir. Ev sahibi Rusiya yarışlarda 13-cü qızıl medalını qazanıb. Bununla Rusiya paralimpiya yığması Turin-2006 Olimpiadasında göstərdiyi rekord nəticəni bir daha təkrar edib.
Finalda vurulan şaybalar muzeydə saxlanılacaq
Soçi-2014 Qış Olimpiya Oyunlarında Kanada Olimpiya yığmasının qadın və kişilər arasında keçirilən hokkey turnirinin finalında vurduğu 2 şayba Torontoda Hokkey Şöhrət Zalına daxil edilib.
Berlin Olimpiya oyunlarına ev sahibliyi etmək iddiasındadır
Berlin şəhəri 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürməyi planlaşdırır.
BOK və Rusiya prezidentləri razı qaldılar
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Soçidə “Fişt” stadionunda keçirilən XX Qış Olimpiya Oyunlarının bağlanış mərasimindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.