Kreyq Ridi daha 4 il WADA-ya rəhbərlik edəcək Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridinin yenidən 4 il müddətinə həmin quruma rəhbər seçilməsini dəstəkləyib.
Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Olimpiya sistemi Beynəlxalq Olimpiya Komitəsini (BOK), Beynəlxalq İdman Federasiyalarını (BİF), milli Olimpiya komitələrini (MOK), Olimpiya oyunları Təşkilat Komitəsini (OOTK) və regional Olimpiya komitələrini, milli Olimpiya assosiyalarını və idman klublarını özündə birləşdirir.
Beynəlxalq İdman Federasiyaları Olimpiya Xartiyasına müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Hərəkatının inkişafı və təbliğinə kömək məqsədi ilə idmanının bir və ya bir neçə növlərini idarə və inkişaf etdirən və bu növlər üzrə rəhbərliyi milli səviyyədə həyata keçirən təşkilatlar da daxil olmaqla Beynəlxalq İdman Federasiyalarını (BİF) təsdiq edir. Beynəlxalq idman federasiyaları qeyri-dövlət idman təşkilatıdır və müstəqil fəaliyyətə malikdir.